Gələcəyinizi İNESCO ilə Formalaşdırın
İNESCO olaraq, uğurlarımızın əsasında peşəkar insan resurslarımızın dayandığına inanırıq. Enerji səmərəliliyi və yenilənə bilən enerji sahəsində həyata keçirdiyimiz layihələrdə əməkdaşlarımızın peşəkarlığı və fədakarlığı ilə etibarlı bir tərəfdaş olmuşuq.
Siz də dinamik, yenilikçi və peşəkar komandamızın bir parçası olmaq istəyirsinizmi?
Gələcəyin layihələrində bizimlə yer almaq üçün öz CV-nizi [hr@inesco.az] ünvanına göndərə bilərsiniz.
Göndərilən CV-lər məxfilik prinsipləri çərçivəsində dəyərləndirilir və uyğun vakansiyalarda sizinlə əlaqə saxlanılır.
Açıq Vakansiyalar
Şirkət: INESCO — Industrial Energy Services Company
Vəzifə: Enerji Auditor
İş rejimi: Tam ştat (Full-time)
Vəzifə öhdəlikləri:
- Müəssisə və binalarda enerji auditinin aparılması
- Enerji sərfiyyatının təhlili və hesabatların hazırlanması
- İstilik mühafizəsi və enerji itkilərinin qiymətləndirilməsi
- Enerji səmərəliliyi üzrə tövsiyələrin hazırlanması
- Enerji menecment sistemlərinin qurulmasında iştirak
Tələblər:
- Energetika, mexanika, elektrik mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Enerji auditi sahəsində iş təcrübəsi (üstünlük verilir)
- AutoCAD və MS Office proqramlarında işləmə bacarığı
- Analitik düşüncə və hesabat hazırlama qabiliyyəti
- Azərbaycan dili — əla, rus/ingilis dili — üstünlük
Müraciət: hr@inesco.az
Şirkət: INESCO — Industrial Energy Services Company
Vəzifə: Biznes Menecer Köməkçisi
İş rejimi: Yarım ştat (Part-time)
Vəzifə öhdəlikləri:
- Biznes menecerin gündəlik işlərinin koordinasiyası
- Görüşlərin, yazışmaların və sənədlərin idarə olunması
- Hesabat və təqdimatların hazırlanmasında dəstək
- Daxili və xarici kommunikasiyanın təşkili
- Layihə izləmə və vaxt cədvəlinin aparılması
Tələblər:
- İqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə ali/natamam ali təhsil
- MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəst işləmə
- Ünsiyyətcillik, məsuliyyət və vaxt idarəetməsi bacarığı
- Azərbaycan dili — əla, ingilis/rus dili — üstünlük
Müraciət: hr@inesco.az