14–16 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi INESCO üçün əlamətdar bir platforma oldu.

Bu il Azərbaycandan başqa Çin, Almaniya, Hindistan, İran, Rusiya, Cənubi Koreya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən ümumilikdə 150-yə yaxın şirkətin iştirak etdiyi sərgidə INESCO komandası da öz layiqli yerini tutdu.

Sərginin birinci günündə "AS Group"un təşkilatçılığı ilə "Dayanıqlı inkişaf naminə ağıllı və yaşıl həllər" mövzusunda beynəlxalq konfrans keçirildi. Konfrans iki panel sessiyasını əhatə etdi. INESCO-nun direktoru Cemil Məlikov "Şəhərsalma fəaliyyətində enerji effektivliyi və yaşıl enerjinin tətbiqi" mövzusundakı panel sessiyasında moderator kimi çıxış etdi.

Panel çərçivəsində şəhər mühitində enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji mənbələrinin tikinti və şəhərsalma proseslərinə inteqrasiyası, eləcə də davamlı inkişaf prinsiplərinə uyğun yaşıl həllər müzakirə olundu. Cemil Məlikovun moderatorluğu ilə keçirilən sessiya iştirakçıların böyük marağına səbəb oldu.

INESCO olaraq biz enerji səmərəliliyi, bərpa olunan enerji və yaşıl mühəndislik sahəsindəki fəaliyyətimizi bu kimi beynəlxalq platformalarda təmsil etməkdən qürur duyuruq. Bu sərgidəki iştirakımız şirkətimizin sektordakı ortaqları, mütəxəssislər və qərar qəbul edicilər ilə əlaqələrini daha da möhkəmləndirdi.

INESCO komandası olaraq dayanıqlı enerji gələcəyinə aparan yolda addımlarımızı inamla davam etdiririk.

Bütün şəkillərə baxın